Kim sevmir ki, hədiyyəni ?
Par-par yanan ziynətini
Heç sormaram qiymətini
O möhtəşəm hədiyyəni
Bircə səndən gözləyirəm
Dünya gözəllərlə dolu
Hərənin bir həyat yolu
Çox görmüşəm azı-bolu
Zülmət,qara gecələri
Təkcə səndən gözləyirəm
Əlimdə şərab,siqaret
Bu gün mənə hədiyyə et
Taleyimin ən qiymətli
Hədiyyəsin istəyirəm
Yalnız səndən gözləyirəm
Hədiyyə et gözünü,
Bir də şirin sözünü
Uzun sözün qısası
Hədiyyə et özünü
Daha heç nə istəmirəm
Sən mənimçün hədiyyəsən
Sən hər şeydən qiymətlisən
Hədiyyə geri verilməz
Bir ömürlük hədiyyə et
Mənə səni hədiyyə et