NƏLƏR OLDU?
Bax bu həmən o bulvar,
Hər tərəfdə izimiz var.
Mən yanaşdım, güldü o yar.
Güləndə üzümə ağlımı başımdan aldı.
Nə mənə naz etdi o,
Eşq badəmə süzüldü o,
Söz demədən getdi o,
Gedəndə ömrümü, günümü həsrətə saldı.
Yol ayrılıb gör nə vaxt.
De əzizim, neyləsin baxt?
Taj yox olub, sınıbdı taxt.
Ayrılıb peşiman gəzirik indi də sənnən.
Bax yenə də həmən yer.
Bu yerlərə fikrini ver.
Sən uduzdun bu deyil sirr.
Ayrılıb peşiman gəzirik indi də sənnən.