I bənd:
Qız sevdim, Nargilə,
Tutdum şirin dilə.
Dedim gəl əhd eyləyək
Canan dedi belə:
– Sevmirəm, sevmirəm, sevmirəm!..
Yox, yox, yox!..
Nəqərat:
Qаdаnı mən alım,
Başına dolanım,
Durulum, bulanım,
Ay qız,ay qız!
II bənd:
Neçə gündür, inan,
Yata bilmirəm.
Vəslinə, ey canan,
Çata bilmirəm.
Neyləyim, kimə söyləyim
Bu dərdi?!
III bənd:
Ay qız maaşım var,
Altımda maşın var.
Hər qəmzən göz üstədir
Bollu daş-başım var.
Sevirəm, sevirəm, sevirəm
Mən, mən, mən!
Ömrüm, yaraşığım,
Olmuşam aşığın,
Gözümün işığı,
Ay qız, ay qız!
Qız dedi: – Daş-başın
Başına dəysin!
Qadam o sürdüyün
Maşına dəysin!
Neyləyim kimə söyləyim
Bu dərdi?
Elə yox-yox deyir,
Danışıb gülməyir,
Dərdimi bilməyir,
Canan, canan!