"Qərarsız mən oldum"
1.
İtirdim mən səni ömrün yazında,
Qışdan xəbərsizmiş bahar, sən demə.
Oynaya bilmədim sənin nazınla,
Əbədi həsrət tək yağdın ömrümə.
Nəqarət:
Bəs necə dözüm bu vaxtsız gedişə,
Heç gümanım yox bir də biz görüşək.
Qərarsız mən oldum,
Vəfasız mən oldum,
Günahsız mən oldum.
2.
Bağışla, qəlbini görə bilmədim,
Getmisən, yoxluğun yandırır məni.
Gecikdim, görüşə gələ bilmədim,
Bu qərib küskünlük sındırır məni.