QƏLBİMDƏ QALDI HİCRAN
Əllərim yetməyən budaqda olsan,
Söz olub nəğməli dodaqda olsan,
Sən məndən nə qədər uzaqda olsan,
Yenə də səsini eşidərəm mən
Uçsun səsin, vüsal gəlsin.
Qəlbimdə qaldı hicran yar,
Gör necə laldı hicran.
Qış gəlsə bağçalar qar olsa əgər,
Bu dünya başıma dar olsa əgər,
Bir gün qulaqlarım kar olsa əgər.