HARA GETSƏM
Bu axşam sərxoşam şərabdan deyil
Şəhəri gəzirəm mən veyil-veyil
Dünyanı dumanlı görürəm indi
Sevgidən dəliyəm ona deyin
Hara getsəm,hara getsəm,hara getsəm
Yaxınlara, uzaqlara, aya getsəm
Səni sevməmək şansım yox mənə inan
Bu dünyada, o dünyada səninləyəm
Qürurum qoymadı zəng edim sənə
Sevgimi, hissimi söyləyim sənə
Köçərəm gedərəm mən bu şəhərdən
Mənimlə bir dəfə deyib gülsənə