ABŞERON TORPAĞI
İsti yay aylarında Bakının bağlrında
Xəzərin qucağında dincələrsən doyunca
Sərin olur axşamlar, tüstülüyür simavar
Salxım-salxım şanılar, Bakı sevimli diyar
Nəqərat:
Novxanı bağları, Pirşağı qumları
Nardaran torpağı, Odlar diyarı
Mərdəkanda cənnət, Şüvəlan qiyamət
Abşeron torpağı, Odlar diyarı
Zuqulbada bir aləm, binaları möhtəşəm
Hələ mən Buzovnanı, Maştağanı demirəm
Böyüyə qarşı hörmət bu məkanda bir adət
Bilgəh, Famayı cənnət, Odlar Yurdu qiyamət
Axışırlar qonaqlar, ingilislər, yaponlar
Közün üstə kabablar bişirirlər ustalar
Ənciri baldan şirin, quyu suları sərin
Nar cana qemoqlabin, yeyin-için nuş edin
Maştağa, Bilgəh, Nardaran, Mərdəkan,
Zuğulba, Buzovna, Qala, Şüvəlan,
Şağan, Fatmeyi, Binə, Binəqədi,
Qobu, Bülbülə, Zirə, Məhəmmədi,
Novxanı, Balaxanı, Suraxanı,
Pirşağı, Mehdiabad, Kürdəxanı,
Zabrat, Ramana, Türkan, Hövsan, Xilə,
Digah, Xırdalan, Qaraçuxur, Keşlə,
Əhmədli, Yasamal, İçərişəhər,
Hökməli, Xocasən, ala dostum, necəsən?
Saray, Corat, Zığ, Masazır, Yanar Dağ,
Gəlün gedey Goradildə alaq bağ,
Pirallahi, Dərnəgül, Çəmbərəkənd,
Əllisi şəkərdü, əllisi də qənd,
Güzdək, Sabunçu, Biləcəri, Bayıl,
Hər görən insan olur hayıl-mayıl
Abşeron torpağı, uşaq çağları,
Yadıma düşdü Vişnovkanın bağları
Köhnə Xilənin təzəsi Əmircan
Yeganə vətəndü Azəribaycan