[Bənd 1]
Həyatın mənası sevgi, məhəbbət olmuş
Sevgisiz dünyanın eşqi, gülləri solmuş
Bir ümid gözləyir, yanır könüllər
Yanırıq ikimiz ondan bixəbər
Yanırıq ikimiz ondan bixəbər
[Nəqərat]
Özümüz bilmədik - həsrət, intizar gəldi
Sevgi qismətinə qəfil son bahar gəldi
Bəs necə yaşayım, söylə, mən sənsiz?
Dağlar da heç olmur dumansız, çənsiz
Dağlar da heç olmur dumansız, çənsiz
[Bənd 2]
Məhəbbət oyuncaq deyil, biz dəcəl uşaq
Biz elə küsmüşük, çətin bir də barışaq
Bəxtimin günəşi əbədi söndü
Sevginin yolları zülmətə döndü
Sevginin yolları zülmətə döndü
[Nəqərat]
Məhəbbət əzəldən sanki yox imiş
Bu ülvi sevgimiz xəyal, yuxuymuş
Bir yerdə əsiri olduq həsrətin
Sevgili günləri unutmaq çətin
Sevgili günləri unutmaq çətin