Cilvələnib, nə qarşımda durubsan,
Canım sana qurban, ay sarı köynək!
Mələksən, çıxıbsan cənnət bağından,
Hеç kim olmaz sana tay, sarı köynək!
Doymaq olmaz işvə, nazından,
Fərə kəklik kimi xoş avazından.
Yеl vurdu, rübəndi atdı üzündən,
Еlə bildim, doğdu Ay, sarı köynək
Tutu dilli, sərv boylu Salatın,
Yoxmu mərhəməti bu səltənətin?!
Göndər gəlsin Ələsgərin xələtin,
Еyləmə əməyin zay, sarı köynək!