Bəlkə bilmir necə qəm çəkmişəm həsrətlə yolunda
Bəlkə bilmir onu sevmək o olmadan da çətindir
De nə bilsin biçarə aşiqiyəm rəsmi əlimdə
De ki bilsin məni sənsiz yaşadan məhəbbətimdir
Ağlımda qalan məni məndən alan
Fikrimdə qalan təkcə qadınsan
Qəlbimdəki sən ruhumdakı sən
Bunu bil həvəsim yox nəfəsimsən
Nə tanışdan nə də dostdan xəbərin almadım ey yar
Otağımda asılan rəsminə baxdıqca danışdım
Bilki sənsiz nə bir arzu nə bir istək ümidim var
Bəlkə döndün deyərək səbrlə möhnətlə barışdım