Bağçalarda yasəmənlər verdi baş başa
Lalələr bürüdü çəməni, düzü
Ay sevgilim bu yerlerdə gəzməsək qoşa
Çəmənlər, çiçəklər qınayar bizi.
Saçlarına gül düzüm,
Mənim günüm, gündüzüm!
Sənsiz mən necə dözüm,
Bilmirəm özüm…
Payiz geldi uçdu getdi durna qatarı
Çəmənlər rəngini niyə itirdi
Yox solmadi ürəyimdə eşqin baharı
Arzular, ümidlər min gül bitirdi
Saçlarına gül düzüm,
Mənim günüm, gündüzüm!
Sənsiz mən necə dözüm,
Bilmirəm özüm…
Saçlarına gül düzüm,
Mənim günüm, gündüzüm!
Mehribanim, əzizim,
Qoy, gülsün üzüm!