+4
Mus.: Oqtay Kazımi
Söz.: Yusif Həsənbəy
Alışıb yanıram məhəbbət oduna
Nə olar bircə an məni sal yadına
Sənsiz mən bir heçəm, qəlbimi üzür qəm
Hər günüm, hər gecəm bağlıdır adına
Nəq:
Gəl seyr edəm bağı,çəməni
Seyr edək, ey yar
Gül-çiçəyə bürüyüm səni
Gəl gedək, ey yar
Səndən özgə kimsəm yoxdur, gəl
Durna kimi bahar vaxtı gəl,
Gəl, eşqimin əzəl vaxtı gəl,
Gəl, sevgilim, gəl
Ulduzlar səmada parlayıb yanarlar
Durnalar göllərə qonarlar
Eşqim bir durnadır, o qonmaq istəyir
Eşqim bir ulduzdur, o yanmaq istəyir.