Yenə evə mən qayıdıram,
Göz yaşımı mən gizlədirəm.
Mən aldanıb, aldanmaq istəyirəm
Neyləyim mən, səni sevirəm?!
Yenə qaldım yuxusuz,
Hərdən göylərdə qalar ulduzsuz.
İsindirməz məni kimsəsiz sevgi,
Çarəsiz sevgi...
Qayıdıram - mən sənsizliyə,
Qayıdıram - soyuq dünyaya,
Qayıdıram - sənsiz, sözsüz
Sənə görə, yenə mən.
Yenə sənsiz mən oyanıram,
Mən şamları tək yandırıram.
O anlara yenidən qayıdıram,
Neyləyim mən səni sevirəm?!
Yenə qaldım yuxusuz,
Hərdən göylər də qalar ulduzsuz.
İsindirməz məni kimsəsiz sevgi,
Çarəsiz sevgi...
Qayıdıram - mən sənsizliyə,
Qayıdıram -soyuq dünyaya,
Qayıdıram - bilmirəm niyə.
Qayıdıram - səssiz dünyaya
Qayıdıram - sənsiz, sözsüz
Sənə görə, yenə mən.
Qayıdıram - mən sənsizliyə,
Qayıdıram - sössüz dünyaya,
Qayıdıram - bilmirəm niyə,niyə?!
Qayıdıram - səssiz dünyaya
Qayıdıram - sənsiz, sözsüz
Sənə görə, yenə mən.