Düynada nə qədər sərhəd görmüşəm,
Küləklər səsimi hər yana yayıb.
Hər eldə-obada hörmət görmüşəm,
Görüşlər, vidalar unudulmayıb.
Gəzir ölkələri nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada!
2.
İndi elə əziz, doğma yerdəyəm,
Sevinc qanad açıb, uçub sinəmdən.
Nə yaxşı, bu qumlu sahillərdəyəm,
Nə yaxşı, Xəzər var, sən varsan, Vətən!
Özüm bu torpaqdayam, nəğməm düynada,
Dünyanın xoşbəxti mənəm dünyada!
3.
Darasın saçımı yaz küləkləri,
Həyatı, insanı alqışlayıram.
Mənə bağışlanan gül-çiçəkləri,
Vətənim, mən sənə bağışlayıram!
Sənə minnətdardır nəğməm düynada,
Dünyanın xoşbəxti mənəm dünyada!