[Bənd 1]
Səslə məni lal misralardan
Gözlə məni dönüşü olmayan vidalardan
Soruş məni unudulmuş ünvanlardan
Dinlə məni göy buludlardan
Eşit məni, səslə əsən rüzgarlardan
Daha nələr...
[Keçid]
Bir gün yaz gələr, pərvanələr
Kölgə ömrüm olmaz hədər
Kaş yanımda olsan sönənə qədər
Sən hər şey qədər, hər kəs qədər
Bu ayrılıq sonsuz gələr
Kaş yanımda olsan dönənə qədər
[Nəqərat]
Ölənə qədər...
Mənim qədər dözən olmaz
Mənim qədər sevən olmaz
Ölənə qədər...
Ölənə qədər...
Sənin qədər gözəl olmaz
Sənin qədər özəl olmaz
Ölənə qədər...
[Bənd 2]
Axtar məni son tövbələrdən
Çağır məni şad olmayan döngələrdən
Soruş məni bahar olmayan illərdən
İzlə məni yan küçələrdən
Gözlə məni açıq qalan pəncərələrdən
Daha nələr...
[Keçid]
Bir gün yaz gələr, pərvanələr
Kölgə ömrüm olmaz hədər
Kaş yanımda olsan sönənə qədər
Sən hər şey qədər, hər kəs qədər
Bu ayrılıq sonsuz gələr
Kaş yanımda olsan dönənə qədər
[Nəqərat]
Ölənə qədər...
Mənim qədər dözən olmaz
Mənim qədər sevən olmaz
Ölənə qədər...
Ölənə qədər...
Sənin qədər gözəl olmaz
Sənin qədər özəl olmaz
Ölənə qədər...
[Çıxış]
Səni dünyalar qədər, səmalar qədər
Ulduz ürəyimi verdim
Bizi körpülər kimi birləşdirən
Sakit okeanı sevdim©️