Bənd 1]
Mən bu gecə qapını xəyallarçün açdım
Kəsildi küləklər
Yad olundu o günlər
Nə qədər çalışdım, unuda bilmədim
Hər deyilən sözünü
Kədərli üzünü bu gecə yad etdim
Harda qaldı o günlər?
O şirin xəyallar?
[Nəqərat]
Qayıtdı xəyallar, alışdı ulduzlar
Ağrımı kəsdilər
Mən səni yad etdim
Mən səni qaytardım bir neçə saata
Qapını bağladım
Şamları yandırdım
“Darıxmışam” dedim
Qayıtdı xəyallar, alışdı ulduzlar
Buludsuz göylərdə
Buludsuz göylərdə
[Bənd 1]
Mən bu gecə qapını xəyallarçün açdım
Mən səni gözlədim
Sən də gəldin yanıma
Səhərədək qaldın ulduzlu gecədə
Mən yuxudan ayıldım
Bəxtimə inandım
Sən mənimlə qaldın
Sən o yalqız illəri axı harda idin?
[Nəqərat]
Qayıtdı xəyallar, alışdı ulduzlar
Ağrımı kəsdilər
Mən səni yad etdim
Mən səni qaytardım bir neçə saata
Qapını bağladım
Şamları yandırdım
“Darıxmışam” dedim
Qayıtdı xəyallar, alışdı ulduzlar
Buludsuz göylərdə
Buludsuz göylərdə