(Bənd)
Bir kəlmə sözüm var sənə qəlbimdə əsirsən,
Ard arda buludlar düzülüb sən tələsirsən.
Bir damla yağış yağmadı göz yaşım itirsin
Yaz yağışı sanırsan deyə, göz yaşına küsürsen.
(Bənd)
Peşmançılığım çox güman ölməz mən ölüncə.
Çox şübhə qürurumla divar çəkdi sevincə,
Sakitləşə bilsən, sənə danışardım özümdən;
Yadlar sayağı dinləmədən üz çevirincə.
(Nəqarət)
Tənhalığa get sor, mənim onnan da aram var,
Yalnız o bilir ki, neçə gizlində yaram var!
Axşam küləyi yarımın əs pəncərəsindən
Görsən qucağın boş, de qucaq dolusu salam var!
(Bənd)
Son dəfə üzün köksümə sıxdım elə bərk-bərk,
Göz yaşı süzüldü yanağından yerə tək-tək.
Çatmaz hünərim kölgə də olsam, ona toxunum
Gördün darıxır sən qara tellərinə sığal çək.
(Bənd)
Əs! Razıyam əsməyivə sənin cüzi qədərdə,
Son dəfə görəndən sonra bağlansın o pərdə.
Sən qorxduğun o qara buludlar da çəkilmir,
Zülmət gəcədən göz-gözü görmür bu şəhərdə.
(Nəqarət)
Tənhalığa get sor, mənim onnan da aram var,
Yalnız o bilir ki, neçə gizlində yaram var.
Axşam küləyi, yarımın əs pəncərəsindən,
Görsən qucağın boş, de qucağ dolusu salam var!