Dalğalar dənizdən nədən küsüb
Sən məndən küsdüyün kimi
Ləpələr sahildən uzaq düşüb
Sən uzaq düşdüyün kimi
Sevgilim gəl uzat əllərini
Sevgidən çağlasın dəniz
Unudar bəlke də kədərini
Qovuşar qalmaz sevgisiz
Bilməzdim bu qədər sakit olur
Həsrətlə çırpınan dəniz
Ağlarkən damlalar ləpə olur
Çünki, mən qalmışam sənsiz
Oynama, dənizimlə oynama
Sən qaytar ona sevgini
Oynama, ürəyimlə oynama
Əzizim, incitmə məni
Dəniz dalğalarsız çağlaya bilməz
Dəniz ləpələrsiz sahilə dəyməz
Başqa kimsəni ürəyim heç sevməz
Qayıt gəl, əzizim mənim
Dəniz dalğalarsız çağlaya bilməz
Dəniz ləpələrsiz sahilə dəyməz
Başqa kimsəni ürəyim heç sevməz
Qayıt gəl, əzizim mənim
Qayıt gəl, əzizim mənim
Qayıt gəl, əzizim.