Unuduram ötənləri , qalanları.
Unuduram həqiqəti, yalanları,
Unuduram məni dərdə salanları,
Unuduram məni məndən alanları.
Xatirələr üzüb məni, salıb əldən.
Yorulmuşam, nədən, neyçün söyləməkdən,
Yaşamaq üçün qalan ömrü , uzaq qəmdən,
Unuduram qınamayın olanları.
Yaşamaq üçün qalan ömrü , uzaq qəmdən,
Unuduram qınamayın olanları
Gecələri sakit, rahat uyumaq üçün,
Sabahları sağlam, gümrah oyanmaq üçün,
Haqla, nahaq arasında qalmamaq üçün.
Unuduram, yaşamaq üçün yaşlanıram
Haqla, nahaq arasında qalmamaq üçün.
Unuduram, yaşamaq üçün yaşlanıram
Unuduram unuduram məni hədsiz sevənləri
Unuduram unuduram üzü məndən dönənləri
Unuduram unuduram mənə unut deyənləri
Unuduram unuduram sabahımçün dünənləri
Çoxu gedib ömrün biraz qalanını,
Yaşamaq üçün unuduram olanımı.
Qınamayın məni mənsiz qalanların,
Unuduram həm özümü. həm hamını.
Xatirələr üzüb məni, salıb əldən.
Yorulmuşam, nədən, neyçün söyləməkdən,
Yaşamaq üçün qalan ömrü , uzaq qəmdən,
Unuduram qınamayın olanları.
Yaşamaq üçün qalan ömrü , uzaq qəmdən,
Unuduram qınamayın olanları
Gecələri sakit, rahat uyumaq üçün,
Sabahları sağlam, gümrah oyanmaq üçün,
Haqla, nahaq arasında qalmamaq üçün.
Unuduram, yaşamaq üçün yaşlanıram
Haqla, nahaq arasında qalmamaq üçün.
Unuduram, yaşamaq üçün yaşlanıram
Unuduram unuduram məni hədsiz sevənləri
Unuduram unuduram üzü məndən dönənləri
Unuduram unuduram mənə unut deyənləri
Unuduram unuduram sabahımçün dünənləri
Məni hədsiz sevənləri
Üzü məndən dönənləri
Unutmaq olarmı