Yadındamı ilk təsadüf biz üz-üzə gələndə
Sənin süzgün baxışların saldı məni kəməndə

Artıq keçmiş o saf sevgi nə səndə var nə məndə
Mən bu eşqi gəncliyimnən bir xatirə saxlaram
Nəyə lazım bu işvələr bu qəmzələr bu dəmlər
Yazıq könlüm dərd əlindən gecə gündüz vərəmlər
Qarşımda diz çöksə də naz ilə hər sevənlər
Nə birini sevə billəm nə könlümü bağlaram
İlk məhəbbət yada düşər həzin həzin ağlaram
Sən gedəni ruh inciyib tərk etmişdi bədəni
Küləy əsib şaxta vurub soldurmuşdu çəməni

Ay quşlara məskən olub bül-büllərin vətəni
Zənn etməki bu dünyada mən yaşaram mən varam