1.
Sevişəndə iki idik,
Ən saf büllurtəki idik,
Yüz ilqarın kökü idik,
İndi günah nə səndədir, nə məndə.
Nəqarət:
Güneylərdə bələnərdik,
Quzeylərdə ələnərdik,
Məhəbbətlə dinlənərdik,
İndi günah nə səndədir, nə məndə.
2.
Hər ikimiz bilə-bilə,
Nədən belə qalxdıq zilə?
Göz yaşımız dönüb selə,
İndi günah nə səndədir, nə məndə.
3.
Aydan arı, sudan duru,
Hərəmiz bir evin nuru,
Həm yaş yanır, həm də quru,
İndi günah nə səndədir, nə məndə.