ci bənd
Tellərini dolayıb,
Boynuma, sal gecələr.
Mənim sirdaşımsınız,
Gecələr, ay gecələr...
Ürəyimdə səhərin,
Neçə həsrətin vardır.
İntizar anlarında,
Gecə uzun olurmuş...
- nəq -
Quş tək uçar xəyalım,
Hardan hara gecələr.
Mən həsəd aparıram,
Yatanlara gecələr....
2 ci bənd
Fikrim dağda, aranda,
Yuxu hara, mən hara
Xəyalım sancılıbdır,
Sayrışan ulduzlara...
Ürəyimdə səhərin,
Neçə həsrətin vardır.
İntizar anlarında,
Gecə uzun olurmuş...
- nəq -
Quş tək uçar xəyalım,
Hardan hara gecələr.
Mən həsəd aparıram,
Yatanlara gecələr....