Qismət imiş qızıl gülün butası,
Sən olasan doqquz oğul atası.
Qız evini boynu bükük görəndə,
İnciməsin bəy evinin qudası.
Nəqarət:
İgidlərin yoxdur sayı bu yerdə,
Bəy oğlanın yoxdur tayı bu yerdə.
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun.
Qız anası, əlli tərpən, diri gəl,
Ay tоу bəyi, nə durmusan, bəri gəl.
Bəyimizin tərifini deməyə,
Aşıq qardaş, meydan sənin, bəri gəl.