Dənizdən, səmadan, küləkdən soruşdum
Dənizdən, səmadan, küləkdən
Gözlərdən, dillərdən, ürəkdən
Arzudan, ümiddən, diləkdən
Soruşdum, hamıdan, soruşdum:
- Kimsən sən? Kimsən sən?
Soruşdum: - Kimsən sən?
Qayanın quş qonmaz yerindən
Sünyanın açılmaz sirindən
Küçədən ötənin birindən
Soruşdum, bu axşam, soruşdum:
- Kimsən sən? Kimsən sən?
Soruşdim: - Kimsən sən?
Yerini tapmışam izindən,
Qəlbini görmüşəm gözündən,
Adını öyrəndim özündən,
Bəs niyə soruşdum hamıdan?!
- Kimsən sən? Kimsən sən?
Soruşdum: - Kimsən sən?
Dənizdən, səmadan, soruşdum:
Kimsən sən?...