sevgilim tut əlimdən,
gedək üzü küləyə.
rahatlıq gəzmirəm mən,
gedək üzü küləyə.
qoy göynəsin üzümüz,
qoy yaşarsın gözümüz,
bükülməsin dizimiz,
gedək üzü küləyə.
yollarda daş-kəsək var,
yollarda gül-çiçək var.
yollarda qar-külək var,
gedək üzü küləyə.
biz axşamla, səhərlə,
gəl üzləşək hünərlə.
günlərlə, həftələrlə,
gedək üzü küləyə.