Yağışlar yağır hələ
O sənsiz küçələrə
Dözürəm bilə-bilə
Sənsiz açan səhərə
Yarpaqlar pıçıldayır
Küləyin nəfəsindən
Ürəyim sızıldayır
Bu gecənin səsindən
Darıxdım, darıxıram
Yenə sənsiz bu axşam
Bu sənli dünyada sənsiz qalmışam
Darıxdım, darıxıram
Yenə sənsiz bu axşam
Bu sənli dünyada sənsiz qalmışam
Yadıma düşür yenə
Bizim son görüşümüz
Sevirəm dedim sənə
Şahid oldu gecəmiz
Dünyanın qucağında
Gecə layla çalardı
Sevginin ocağında
Məhəbbət ucalardı
Darıxdım, darıxıram
Yenə sənsiz bu axşam
Bu sənli dünyada sənsiz qalmışam
Darıxdım, darıxıram
Yenə sənsiz bu axşam
Bu sənli dünyada sənsiz qalmışam