Sən getdin səninlə sevincim getdi
Ümidim, gümanım, pənahım itdi
Sənli günlərimin zamanı bitdi,
Darıxdım, əzizim, sənsiz darıxdım
Elə bil, başqa bir dünyadayam mən
Başqa bir dünyanın adamıyam mən
Gələn yaz da sənsən, ötən qışda mən
Sənsiz fəsillərdə yaman darıxdım
Sən getdin arzular qaldı mənimlə
Xəyalım səninlə, fikrim səninlə
Sənsiz bircə günüm dönər bir ilə
Qayıt, apar məni, qayıt, darıxdım
Elə bil, başqa bir dünyadayam mən
Başqa bir dünyanın adamıyam mən
Gələn yaz da sənsən, ötən qışda mən
Sənsiz fəsillərdə yaman darıxdım
Elə bil, başqa bir dünyadayam mən
Başqa bir dünyanın adamıyam mən
Gələn yaz da sənsən, ötən qışda mən
Sənsiz fəsillərdə yaman darıxdım