İllər ötdü böyüdük,burada dolduq yaşa,
Həyat nədir anladıq, burada düşdük başa,
Yetkin qız, oğlanlarıq, necə də gələn xoşa,
Sayəsində sevginin, diqqət, qayğı, tələbin,
Məzunuyuq minnətdar bizə doğma məktəbin.
Nəq:
Tövhən böyük əvəzsiz, hamımıza dərk, kamal,
Zəhmətini halal et, əziz məktəbim, halal.
Bilik verdi götürdük, həm də öyüd-nəsihət,
Anlatdı vətən nədir, yurda sevgi məhəbbət,
"Haqq yoluyla get" göstəməkə ədalət.
Sayəsində sevginin, diqqət, qayğı, tələbin,
Məzunuyuq minnətdar bizə doğma məktəbin.
Nəq:
Tövhən böyük əvəzsiz, hamımıza dərk, kamal,
Zəhmətini halal et, əziz məktəbim, halal.
Köksümüzdə qarışıb sevinc, fərəh nisgilə,
Gözümüzdən yaş olub axır bax gilə-gilə,
Yandıracaq bu həsrət bizi yəqin çox hələ.