Baki haqqinda nağil
Bu dunyada nağıl çoxdur
Hamısı da belə başlar:
Biri vardır, biri yoxdur...
Nağılllarda şəhər çoxdur
Istəyirəm danişam mən
Bir dənizin sahilində
Nağıl olan şəhərimdən
Toxunanda hər daşina
O qayğısız gunlərimə
Mən qayıtmaq istəyirəm
O əfsanə bağlarının
Meynəli çəpərlərindən
Yenə aşmaq istəyirəm
Uşaq olmaq istəyirəm
Səadətim, doğma Bakım
Odlar yurdum, sevgi dolu torpağımsan
O sehirli gecələrdə
Xəzərə layla çalan ay işığımsan
Qoşa Qala qapısı da
Heç vaxt səndən ayrılmayan
Gözlərindir elə bil ki
Saçlarıma sığal çəkən
Neft ətirli küləklərin
Hələ deyə bilmədiyin
Sözlərindir ele bil ki
Uşaqlığım, gəncliyimsən
Qum üstündə şanılar tək
Xumarlanan dincliyimsən
Küçələrin qarışıqdir
Dalanların dolaşıqdır
Neçə ömrün yaddaşısan
Neçə qəlbin sirdaşısan
Səadətim, doğma Bakım
Odlar yurdum, sevgi dolu torpağımsan
O sehirli gecələrdə
Xəzərə layla çalan ay işığımsan