Qədər nə amansız verdi hökmünü
Mən səni sadəcə unutmalıyam
Ömrümün ən xoşbəxt sevincli günü
Mən səni sadəcə unutmalıyam
Qəlbimin üstünə daş bağlasamda
Yanıb axşam səhər hey ağlasamda
Hər gecə kölgəni bıçaqlasam da
Mən səni sadəcə unutmalıyam
Artıq istəsəm də istəməsəmdə
Bağrımı qurd kimi didib yesəmdə
Min yol bu taleyə lənət desəmdə
Mən səni sadəcə unutmalıyam
Bir sevda yaşatdın barsız bəhərsiz
Bir zülmət bəxş etdin nursuz səhərsiz
Ümidsiz arzusuz təsəllilərsiz
Mən səni sadəcə unutmalıyam
Bu can çəkişsədə üzüntülərdə
Çıxsa da qalsada qəmdə kədərdə
Ölüb Dirilsəmdə xatirələrdə
Mən səni sadəcə unutmalıyam
Daha nə ölüsü nə də dirisi
Nəyimə gərək ki ömrün gerisi
Sən dünya mən isə ölmüş birisi
Mən səni Sadəcə unutmalıyam