Bu gecə aradan şirinlik itdi,
Əvvəlki məhəbbət əridi, getdi.
Eşqimiz nəğməymiş, oxundu, bitdi,
Bu Allah qisməti, vergi deyilmiş.
Bu gecə son görüş, son vida imiş,
Eşqin yollarında son nida imiş,
Aramsız öpüşlər əlvida imiş,
Bu Allah qisməti, vergi deyilmiş,
Oyun, əyləncəymiş, sevgi deyilmiş.
Nəqarət:
Taleyim bir sınaq,
Ürəyim əlində
Oyuncaq imiş.
Bilməzdim bu sevgi
Tez yanıb, kül olan
Oduncaq imiş.
Sevdi deyilmiş...
2.
Bu gecə yağacaq həsrət yağışı,
Bu gecə son görüş, son söz olacaq.
Donacaq gözlərdə vüsal baxışı,
Ürəyim odlanıb, köz-köz olacaq.
Bu gecə son görüş, son vida imiş,
Eşqin yollarında son nida imiş,
Aramsız öpüşlər əlvida imiş,
Bu Allah qisməti, vergi deyilmiş,
Oyun, əyləncəymiş, sevgi deyilmiş.