1.
Sən də sevəcəksən məni gizlicə
Mən də gizli eşqlə alışacağam
Ağlımın əlində əsir eşqimlə
Hicrana həsrətə danışacağam
Nəq:
Sənə bəlli, mənə bəlli
Heçkəsinsə görmədiyi
Bir ayrılıq yaşayacaq ürəyimizdə
Sənə bəlli, mənə bəlli
Heçkəsinsə bilmədiyi
Bir tənhalıq üşüyəcək gözlərimizdə
O həsrətli anlarımız saçımızda dən olacaq
Ömrümüzdən varağ-varağ düşən günü saymayaraq
Həsrət dolu hərbir anı qəlbimizə yazacağıq
Üzümüzü gizlədərək görüşməli olacağıq
Sənə bəlli, mənə bəlli
Heçkəsinsə bilmədiyi
Bir ayrılıq yaşayacaq ürəyimizdə
2.
Saymazyana duracağıq yenə biz
Ürəyimiz tənhalıqdan yanacaq
Bu həsrəti böləcəyik ikimiz
Biri səndə biri məndə qalacaq
Nəq:
Sənə bəlli, mənə bəlli
Heçkəsinsə görmədiyi
Bir ayrılıq yaşayacaq ürəyimizdə
Sənə bəlli, mənə bəlli
Heçkəsinsə bilmədiyi
Bir tənhalıq üşüyəcək gözlərimizdə
O həsrətli anlarımız saçımızda dən olacaq
Ömrümüzdən varağ-varağ düşən günü saymayaraq
Həsrət dolu hərbir anı qəlbimizə yazacağıq
Üzümüzü gizlədərək görüşməli olacağıq
Sənə bəlli, mənə bəlli
Heçkəsinsə bilmədiyi
Bir ayrılıq yaşayacaq ürəyimizdə