Dəli kimi sevdim gözəl dəlini
Əl verdim yandırıb yaxdı əlimi
Seçib cümlələrin ən gözəlini
Titrəyib söylədim sözümu sənə
Sevdirə bilmədim özümü sənə...
Alışıb yanardım köz istəsəydin
Bir nəğmə olardım söz istəsəydin
Alışıb yanardım köz istəsəydin
Bir nəğmə olardım söz istəsəydin
Məni görmək üçün göz istəsəydin
Kor qalıb verərdim gözümü sənə
Sevdirə bilmədim özümü sənə...
Kor qalıb verərdim gözümü sənə
Sevdirə bilmədim özümü sənə...
Həsrəti vüsalı qoşa sevdirdim
Üşüyən əlimi qışa sevdirdim
Yalın ayağımı daşa sevdirdim
Tanıda bilmədim izimi sənə
Sevdirə bilmədim özümü sənə...
Alışıb yanardım köz istəsəydin
Bir nəğmə olardım söz istəsəydin
Alışıb yanardım köz istəsəydin
Bir nəğmə olardım söz istəsəydin
Məni sevmək üçün göz istəsəydin
Kor qalıb verərdim gözümü sənə
Sevdirə bilmədim özümü sənə...
Kor qalıb verərdim gözümü sənə
Sevdirə bilmədim özümü sənə...
Alışıb yanardım köz istəsəydin
Bir nəğmə olardım söz istəsəydin
Alışıb yanardım köz istəsəydin
Bir nəğmə olardım söz istəsəydin
Məni sevmək üçün göz istəsəydin
Kor qalıb verərdim gözümü sənə
Sevdirə bilmədim özümü sənə...
Kor qalıb verərdim gözümü sənə
Sevdirə bilmədim özümü sənə...
Sevdirə bilmədim özümü sənə...