Söz vermişdin, getməyəsən,
Məni peşman etməyəsən,
Qəlbiimi incitməyəsən.
Qəlbim yaman küsüb səndən…
Nəqərat:
Ayrılıq ölümdən çətin,
Daşa dəydi məhəbbətin…
Qara gəldi mi qismətim?
Qəlbim yaman küsüb səndən…
Sındırmısan ürəyimi,
Canımı-ciyərimi,
Daşa çırpdın istəyimi,
Qəlbim yaman küsüb səndən…