Lalə Məmmədova Məktəb illəri минус №2

00:00 / 05:30
Loading
Скачать
0
552
Тональность
0.0
+
Темп, %
0.0
+
Тип: мастер
Свойства файла: 5 Мб 128 кбит/с
Загружено: said666 @ 05.09.18
Текст песни «Məktəb illəri»
  
Sözləri: Kəmalə Abiyeva
Musiqi: Aygün Səmədzadə

I
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda!
Bir müəllim töhmətiydi dərdimiz,
Bir töhmətdən için-için yanırdıq,
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq...
Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq!

Nəqarət:

Məktəb illəri - 
Ömrümün ən şirin duyğulu, qayğısız günləri,
Hər anı bir ömrə bərabər, sehrli günləri,
Ən təmiz arzulu günləri.
Məktəb illəri - 
Ömrümün ən şirin duyğulu, qayğısız günləri,
Hər anı bir ömrə bərabər, sehrli günləri,
Ən təmiz arzulu günləri...

II
Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi.
Yazılanı bir silgi ilə pоzmaq da,
Bizim üçün nə asandı, nə asan!
Xəbərsizdik ömrümüzə biz hələ
Tale yazan, pozulmayan yazıdan.
Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq!

Nəqarət:

Məktəb illəri - 
Ömrümün ən şirin duyğulu, qayğısız günləri,
Hər anı bir ömrə bərabər, sehrli günləri,
Ən təmiz arzulu günləri.
Məktəb illəri - 
Ömrümün ən şirin duyğulu, qayğısız günləri,
Hər anı bir ömrə bərabər, sehrli günləri,
Ən təmiz arzulu günləri...
Текст добавлен: fuad.mehdiyev.370
Добавлять комментарии могут только зарегистрированные пользователи.