"Necə unudum səni?"
Söz-Mus: Sevda Məmmədli
İfa: Abbas Bağırov
1.
Get gözümdən, ey vəfasız yarım.
Get könlümdən, ey insafsız yarım.
Çalışım, bircə an unudum səni,
Çalışım, bircə an unudum səni,
Çalışım, unudum səni...
Nəqarət:
Necə unudum səni?
Necə unudum səni?
Necə unudum səni?
Həsrətin üzür məni.
2.
Bir röya kimi uçub, getdi o çağlar,
İndi bir xatirədir o dəniz, o dalğalar.
Xəyalım o günləri yenə varaqlar,
Könlüm o yerlərdə səni soraqlar,
Könlüm yenə səni soraqlar...